Pekin, 28 sentyabr, AZƏRTAC
Çin eyni daşıyıcı raketlə Yerin aşağı orbitinə bir neçə peyk göndərib.
AZƏRTAC xəbər verir ki, peykləri orbitə aparan “Long March-6” daşıyıcı raketinin buraxılışı Şensi əyalətindəki Tayyuan kosmodromunda həyata keçirilib. Raket peykləri planlaşdırılan orbitə çatdırıb. Bu, “Long March” seriyasından 597-ci raket buraxılışı olub.
Bu, internet əlaqəsini təmin edən 11-ci peyk qrupudur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin