RU

İsrail İrana buna görə hücum etmir Qalibaf açıqladı

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“İsrailin İrana qarşı hücum etməməsi BMT Təhlükəsizlik Şurasının “snapback” mexanizminin işə düşməsi ilə bağlı deyil”.

Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

“Onlar növbəti hücumun əvvəlki müharibədən daha ağır məğlubiyyətə səbəb olacağını başa düşdükləri üçün hərəkət etmirlər. İrana qarşı hər hansı təcavüzün qarşısını almağın yeganə yolu müdafiə gücünü artırmaq və milli birliyi qorumaqdır.

Bəzi ölkələr “snapback”in işə düşməsini müharibənin başlanğıcı kimi təqdim etməyə çalışır, lakin“sionist rejimin” və ABŞ-ın əvvəllər də hərbi əməliyyatlar zamanı hüquqi bəhanələrə ehtiyac duymadığını müşahidə etmişik”, – deyə o bildirib.

Qeyd edək ki, snapback mexanizminə görə, İran nüvə razılaşmasında öhdəliklərini pozarsa, əvvəl ləğv edilmiş BMT sanksiyaları avtomatik olaraq yenidən qüvvəyə minir.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
1
globalinfo.az

2Источники