RU

Tramp razılıq verdi: Hər şey bu görüşdən asılıdır

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“ABŞ Prezidenti Donald Tramp hökumətin bağlanması təhlükəsi fonunda gələn həftə Konqresin dörd yüksək səviyyəli rəsmisi ilə görüşəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmiləri məlumat yayıb.

Bildirilib ki, görüş federal hökumətin işini maliyyələşdirmək üçün qoyulan son tarixdən bir gün əvvəl gerçəkləşəcək:

“Əks halda, hökumət “shutdown” (maliyyə çatışmazlığı səbəbindən fəaliyyətin dayandırılması) riskini yaşayacaq. D.Tramp sentyabrın 29-da Nümayəndələr Palatasının spikeri Mayk Conson, Senatın Respublikaçı çoxluğunun lideri Con Tyun, Nümayəndələr Palatasının Demokrat Azlıqların lideri Hakim Ceffris və Senatın Azlıqların lideri Çak Şumer ilə görüşəcək”.

Şumer və Ceffris birgə bəyanat verərək bildiriblər:

“Prezident D.Tramp Oval kabinetdə görüşmək üçün yenidən razılaşıb. Artıq bir neçə dəfə demişik ki, demokratlar hər yerdə, hər vaxt və hər kəslə görüşməyə hazırdır ki, xalqın ehtiyaclarını ödəyən iki partiyalı (bipartisan) xərcləmə razılaşması üzərində müzakirə aparılsın”.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
1
globalinfo.az

2Источники