RU

İtaliyanın iki bölgəsində regional seçkilər keçirilir

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Roma, 28 sentyabr, AZƏRTAC

İtaliyanın Marke və Valle d'Aosta şəhərlərində regional seçkilər keçirilir.

AZƏRTAC xəbər verir ki, Marke bölgəsində 1,3 milyondan çox insan səsvermə hüququna malikdir. Burada səsvermə prosesi bu gün yerli vaxtla saat 23:00-dək və sabah səhər saat 7:00-dan 15:00-a qədər davam edəcək.

103 mindən çox insanın səsvermə hüququ olduğu Valle d'Aosta bölgəsində isə səsvermə bu gün saat 23:00-dək keçiriləcək.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
2
azertag.az

3Источники