“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev karyerasını ölkə xaricində davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin aparıcı oyunçusuna Fransadan “Lill” elçi düşüb.
Liqa 1 təmsilçisi Cəfərquliyevi artıq altı aya yaxındırizləməyə alıb.
Fransa nəhəngi millimizin üzvünü heyətinə qatmaqda israrlıdır. Belə ki, “Lill” mövsümün sonunda, ən yaxşı halda isə qış transfer pəncərəsi zamanı “Qarabağ”a təklif göndərəcək.
24 yaşlı Elvin 2019-cu il iyul ayından “Qarabağ”da çıxış edir. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər qüvvədədir (apasport.az).