“Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverde ilə bağlı yeni transfer xəbəri yayılıb.
İdmanxeber.az xəbər verir ki, “Mançester Yunayted” klubu uruqvaylı oyunçunu heyətinə qatmaq üçün Madrid təmsilçisi ilə danışıqlara start verib.
Bildirilir ki, Premyer Liqa nəhəngləri Valverdenin transferi üçün “Real Madrid”ə 100 milyon avro təklif edib. Lakin “Bernabeu”da xoşbəxt olduğunu açıq şəkildə bildirən Valverde “qırmızı şeytanlar”la danışıqlardan imtina edib. 26 yaşlı futbolçu hələlik İspaniya klubunu tərk etmək istəmədiyini vurğulayıb.
Qeyd edək ki, Valverde “Kral klubu”nda 329 rəsmi oyunda 32 qol vurub və 33 məhsuldar ötürmə ilə yadda qalıb.