RU

Ukraynanın ABŞ-dən 90 milyard dollarlıq silah alışı gündəmdə...

Zelenski Trampa hərbi ehtiyacların siyahısını təqdim edib, danışıqlar davam edir...

Ukraynanın ABŞ-dan həyata keçirməyi planlaşdırdığı silah alışı “meqasaziş” kimi qiymətləndirilir və onun dəyəri 90 milyard dollara çatır.

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

Məlumata görə, prezident Vladimir Zelenski artıq ABŞ prezidenti Donald Trampa Ukraynanın hərbi ehtiyacları ilə bağlı ətraflı spesifikasiyalar təqdim edib. Siyahıya uzaqmənzilli silah sistemləri ilə bağlı xüsusi tələblər də daxildir.

Yaxın günlərdə ukraynalı rəsmilərin ABŞ-yə səfəri gözlənilir. Onlar silahların alınması ilə bağlı texniki danışıqlar aparacaq, həmçinin ayrıca pilotsuz uçuş aparatlarının istehsalı üzrə razılaşmanı müzakirə edəcəklər.

Bundan başqa, Ukraynanın Baş naziri Yuliya Sviridenko da ABŞ rəsmiləri ilə görüşəcək. Görüşlərdə birgə investisiya fondu çərçivəsində Ukraynada həyata keçirilə biləcək potensial Amerika layihələri də gündəmə gətiriləcək.

Mütəxəssislər bildirirlər ki, bu razılaşma Ukraynanın müdafiə qabiliyyətini gücləndirməklə yanaşı, ABŞ-Ukrayna hərbi-strateji əməkdaşlığının daha da dərinləşməsinə şərait yaradacaq.

Poliqon.info

Избранный
10
poliqon.info

1Источники