RU

Türkiyədə güclü zəlzələ: Kütahya silkələndi 

Türkiyədə 5,4 maqnitudalı zəlzələ olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
 
Yerli vaxtla 12.59 radələrində baş verən zəlzələnin ocağı Kütahyanın Simav rayonunda 8,4 km dərinlikdə olub.
 
Zəlzələ İstanbul, İzmir və Bursada hiss edilib.
 
Zəlzələ nəticəsində dağıntı və xəsarət barədə məlumat yoxdur.
Избранный
32
16
moderator.az

10Источники