RU

Top menecerin həbsi - Mehdiyev hədəfdə

Tanınmış top menecer, “Sirius”un İdarə Heyətinin sədri Kirill Noqotkov həbsi Rusiyada geniş rezonans doğurub. O, Rusiyanın çirkli pullarını yuyan bankir hesab edilən azərbaycanlı Əsəd Mehdiyevin yaxın adamıdır. Rusiya mediası yazır ki, Noqotkov ifadə verməyə başlasa, təkcə Mehdiyev deyil, onun dövlət idarələrində və hüquq mühafizə orqanlarındakı himayəçiləri də istintaq təcridxanasına göndəriləcək.

Musavat.com Rusiyanın internet resurslarına istinadən xəbər verir ki, “qaçaqmalçı və kölgə oliqarxı” kimi təqdim edilən Əsəd Mehdiyev təkcə yüksək rütbəli məmurlarla deyil, həm də kriminal mühitdə ciddi əlaqələrə malik olduğu iddia edilir.

Məlumatlara görə, Əsəd Mehdiyevin Federal Təhlükəsizlik Xidmətində və Daxili İşlər Nazirliyində ciddi himayədarları sayəsində özünü toxunulmaz hesab edir. Bildirilir ki, bu himayə sayəsində Mehdiyevin biznesinə nə Federal Gömrük Xidməti, nə Federal Vergi Xidməti, nə də Mərkəzi Bankı ciddi yoxlama apara bilir, üzə çıxarılan qanun pozuntuları isə ört-basdır edilir.

“Slaviya” bankının sahibi Əsəd Mehdiyev sadəcə, korrupsioner məmur deyil. Onun təsiri bir çox sahələrə - qaçaqmalçılıq və maliyyə fırıldaqlarından tutmuş siyasi intriqaya qədər uzanır. Bu şəxs təkcə maliyyə axınlarına deyil, həm də yüksək vəzifəli məmurların, sahibkarların taleyinə nəzarət edir.

Mehdiyev “Slaviya” bankı çirkli pulların yuyulması və korrupsiya sxemlərinin maliyyələşdirilməsi üçün alət kimi istifadə edir. İddialara inansaq, Mehdiyev biznes adamlarını müxtəlif vergi problemlərini həll etmək qüdrətə sahibdir. İddia olunur ki, Telman İsmayılov (“AST Telman”) Mehdiyevin düşmənləri siyahısındadırlar. Amma bu düşmənçiliyin səbəbi haqda yazılmır.

İnternet resurslarda Əsəd Mehdiyevin adı daha çox "Slaviya" bankının sahibi kimi təqdim edilir. Onun haqqında vergi və reyestr sənədlərində Rusiya vətəndaşı olduğu və Moskvada yaşadığı bildirilir. O, 1956-cı ildə anadan olub. 2002-ci ildə Azərbaycan İqtisad Universitetini bitirib.

Musavat.com

Избранный
16
1
musavat.com

10Источники