RU

Lifsiz qidalanmanın riskləri

Əgər işlənmiş qidalara üstünlük verirsinizsə, lif qəbulu azalır və bu, qəbizlik, ürək-damar xəstəlikləri, yüksək xolesterin kimi problemlərə yol aça bilər.

E-saglam.az xəbər verir ki, lif bitki qidalarında olan vacib maddədir.

İki növü var: suda həll olunan (yulaf, paxlalılar, alma, sitrus meyvələri) və həll olunmayan (tam taxıllar, tərəvəzlər, qabıqlı meyvələr). Hər ikisi həzmi yaxşılaşdırır, xolesterini və şəkəri tənzimləyir, ürək xəstəlikləri və kolon xərçənginə qarşı qoruyur.

Mütəxəssislər gündə 25-30 qram lif qəbulunu tövsiyə edir. Halbuki bu gün orta qəbul cəmi 10 qramdır. Bu çatışmazlıq iltihab, diabet və piylənməyə gətirə bilər.

Lif qəbulu üçün sadə yollar:

– Hər gün ən azı 5 porsiya meyvə və tərəvəz yeyin. Meyvə şirəsi əvəzinə tam meyvəni seçin.– Ağ çörək yerinə tam taxıl məhsulları yeyin.– Həftədə bir neçə dəfə paxlalılara üstünlük verin.– Qoz, badam, günəbaxan toxumu kimi qidaları qəlyanaltı kimi qəbul edin.

Liflə zəngin qidalar ömrü uzadır, sizi uzun müddət tox saxlayır və ümumi sağlamlığı gücləndirir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
13
e-saglam.az

1Источники