RU

"Zirə"nin baş məşqçisi: "Yarışın formatı Çempionlar Liqasında finala çıxmağımıza mane oldu"

"Tam yeni kollektivlə Çempionlar Liqasına yollanmışdıq. Uşaqlar özlərini yaxşı tərəfdən göstərdilər. Bəzi səbəblər var idi....Məsələn, yarışın formatı bizim Çempionlar Liqasında finala çıxmağımıza mane oldu. Şəxsən mən belə düşünürəm. Yoxsa, 1/4 finala qədər komandamız çox yaxşı oyun göstərmişdi. İstər-istəməz yarışın formatı bizə uyğun deyildi. Hər gün səhər-axşam futbol oynamaq çox çətindir. Məğlub olmağımızın əsas səbəblərindən biri o idi".

Bu sözləri Sportal.az saytına açıqlamasında minifutbol üzər "Zirə"nin baş məşqçisi Elşad Quliyev deyib.

O, komandasının Bolqarıstanın Sofiya şəhərində keçirilmiş Çempionlar Liqasında 1/4 finalda mübarizəni dayandırmasına münasibət bildirib: "Söhbət tək "Zirə"yə qarşı deyil, ümumiyyətlə, Azərbaycan komandalarının hamısına qarşı rəqiblər daha yaxşı, daha güclü hazırlaşırlar. Çünki millimiz son dünya çempionudur. İldən-ilə komandalar daha da güclənir, daha yaxşı səviyyəyə yüksəlirlər. Söhbət tək bizdən getmir, Avropanın digər komandalarından danışıram. Hamısı həm taktiki, həm texniki, həm də fiziki cəhətdən daha yaxşı hazırlıqlı idilər. Komandalar yuxarı səviyyədə idi. Təşkilatçılıq da çox yaxşı idi. Ancaq fikirləşirəm ki, yarışın formatı dəyişməlidir. Bu formatda oynamaq çox çətindir. Heç sevinməyə vaxt tapa bilmirsən. Bir oyun oynayırsan,ikinci görüş isə 5 saatdan sonra keçirilir. Komandaları hazırlamaq çox çətindir. Üstəlik, rəqibi heç analiz etməyə vaxt çatmır. Analiz etsən belə, bunu oyunçularına aşılamağa vaxt yoxdur. Çox çətin qrafik idi. İnanıram ki, qarşıdakı illərdə komandalara daha uzun vaxt verərlər ki, komandalar heç olmasa 1 sutka ərzində dincəlib, digər matçlara hazırlaşa bilsinlər. Biz, "Birbaşa Bakı" və "Aznur" da özünü yaxşı tərəfdən göstərdi. Sadəcə bu format bütün komandalara problem yaratdı".

Mirbağırağa

saytlarin hazirlanmasi

Избранный
7
sportal.az

1Источники