RU

Heç kim bunu bizə diktə edə bilməz - Fitso

Heç kim Slovakiya və Macarıstana neft və qaz tədarüklərini haradan əldə edə biləcəklərini diktə etməməlidir.

Axar.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso Macarıstanın Baş naziri Viktor Orban ilə birlikdə iştirak etdiyi Dunay üzərindən Slovakiyanın Şturovo və Macarıstanın Esterqon şəhərlərini birləşdirən körpünün 130 illiyi münasibətilə keçirilən mərasimdə deyib.

"Bu çağırış və təhlükələrə yeganə cavab suveren siyasətidir. Mən Macarıstana, ölkələrimiz üçün təhlükəsiz enerji təchizatı məsələlərində əməkdaşlıq təklif edirəm. Heç kim bizə neft və qazımızı haradan alacağımızı deməsin. Çünki beynəlxalq hüquqa görə, bu, öz enerji balansı ilə bağlı qərar verən suveren ölkədir", - Fitso bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
2
olaylar.az

3Источники