RU

Nigeriyada torpaq sürüşməsi 18 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Nigeriyanın şimalındakı Zamfara ştatında yerləşən mədəndə başverən torpaq sürüşməsi nəticəsində azı 18 nəfər həyatını itirib,bir neçə nəfər isə xəsarət alıb.

Trend-in yerlimediaya istinadla verdiyi xəbərə görə, hadisə cümə axşamı Marobölgəsinin Kaduri kəndi yaxınlığında güclü yağışlardan sonra nəhəngqayanın mədən üzərinə aşması nəticəsində baş verib.

Xilasetmə işlərində iştirak edən mədənçilərdən biri Sani Lavalibildirib ki, indiyədək 18 nəfərin cəsədi çıxarılıb, 5 nəfər isəmüxtəlif dərəcəli xəsarətlər alıb.

Onun sözlərinə görə, 12 fəhlə hələ də mədəndə qalıb və onlarıntaleyi naməlumdur. Xilasetmə əməliyyatı davam edir.

Избранный
23
7
az.trend.az

8Источники