RU

“Oyunçularda özünəinam itib”

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının VI turunun “Turan Tovuz” – “Kəpəz” matçından (3:0) sonra qonaq komandanın baş məşqçisi vəzifəsini icra edən Xaliq Mərdanov mətbuat konfransı keçirilib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun və nəticəsi barədə fikirlərini bölüşüb:

“Əslində rəqibi, onun güclü və zəif tərəflərini yaxşı analiz etmişdik, hər şeyi də bütün həftə boyu işləmişdik. Amma bəzi fərdi səhvlər ucbatından qollar buraxdıq və bu da bizim növbəti məğlubiyyətimizlə nəticələndi. Düzdü, istədik ki, geri dönüş eləyək, komandanın içindəki məğlub ruhu qələbə ruhu ilə əvəzləyək. Təəssüf ki, bu alınmadı. Görünür bunun üçün vaxt lazımdır. İnşallah ki, gələcək oyunlarda bunu aradan qaldıracağıq”.

– Sizcə, komandanın premyer liqada qalmağa potensialı çatırmı? Yəni, siz bu komandanı premyer liqada saxlaya biləcəyinizə inanırsınızmı?

– Əslində komandanın potensialı var. Oyunçulara tək-tək baxanda keyfiyyətlidilər, amma onlardan komanda düzəltmək lazımdır. Məşqçi korpusu cəhətdən yeni nəfəs lazımdır. İnşallah ki, kimsə gələcək, bu komandada nizam-intizam yaradacaq. İnanıram ki, komanda şəklində uğur qazanacağıq.

– Əsas komanda ilə bərabər “Kəpəz”in əvəzedici komandası da qəlbə üzünə həsrətdir. Bəs bunun səbəbi nədir?

-Bizdə komandanın 95%-i yenidir. Biz U-16, U-17, U-19 komandalarından əvəzedici komanda düzəltmişik. Digər klub əsas komandadan 5-6 oyunçu verirlər, amma biz istəyirik ki, akademiya üzvləri öz potensiallarını nümayiş etdirsinlər ki, biz də onları əsas heyətə gətirək. Bu səbəbdən də biz hazırda nəticə haqqında fikirləşmirik, İstəyirik ki, yeni gənc futbolçular kəşf edək, klubumuzun əzəmətli keçmişini gələcəyə qaytaraq.

– İşə başlayanda ilk öncə nədən başladınız?

-Yenə deyirəm, hazırda uşaqlarda özünəinam itib. Biz çalışırıq ki, onlarda özünəinamı qaytaraq. Futboldur, burada hər şey olur. İnşallah gələcəkdə kimsə gələr bunları aradan qaldırar.

– Komandanı gələcək oyuna da siz hazırlayacaqsınız?

-Vallah o rəhbərlikdən asılıdır. Mənə 1-2 oyunluq deyiblər, amma nə bilmək olar? Bəlkə “Qarabağ”la oyuna qədər yeni nəfəs gələr?. Hələlik nəsə deyə bilmərəm.

Şahlar Ruhi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
futbolpress.az

1Источники