RU

Tramp Yaxın Şərqdə yeni razılaşmaların mümkün olduğunu hesab edir

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə nizamlanmaya dair yeni razılaşmaların mümkünlüyünə əminliyini ifadə edib.

Redaktor.az xəbər verir ki, o, bunu "Truth Social" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

"Yaxın Şərqdə böyük bir şeyə nail olmaq üçün real şansımız var. İlk dəfədir ki, hamı xüsusi nəyəsə köklənib. Biz buna nail olacağıq", – deyə o vurğulayıb. Tramp bununla bağlı detalları açıqlamayıb.

Bundan əvvəl Tramp yaxın zamanda Qəzza sektorundakı münaqişənin nizamlanmasına dair, HƏMAS tərəfindən girov saxlanılanların azad olunmasını nəzərdə tutan razılaşmanın imzalana biləcəyini bəyan edib.

Избранный
27
7
redaktor.az

9Источники