RU

Maskdan Durovun "Telegram"la bağlı etirafına REAKSİYA

Amerikalı milyarder İlon Mask "Telegram"ın yaradıcısı Pavel Durovun etirafına reaksiya verib.

Publika.az xəbər verir ki, İlon Mask təxminən bir il əvvəl Fransa kəşfiyyat orqanlarının ondan Moldovada seçkilər öncəsi "Telegram" kanallarını bağlamaqda kömək istədiyini deyən Durovun bu fikirlərini şərh edib.

Mask bu barədə "X" sosial şəbəkəsində müvafiq paylaşımlardan birinə cavab olaraq yazıb: "Wow" (Vay!)

Qeyd edək ki, Durovun sözlərinə görə, Fransa kəşfiyyatı ondan hüquqi işinə yardım etmək qarşılığında Moldovada prezident seçkiləri ərəfəsində bəzi kanalları susdurmasını tələb edib. Durovun iddiasına görə, o, 2024-cü ildə Fransada saxlandığı zaman naməlum bir vasitəçi vasitəsilə Fransa kəşfiyyat orqanlarının bu tələbi ona çatdırılıb. Durov bunun onun üçün qəbuledilməz olduğunu vurğulayıb. O əlavə edib ki, komanda hökumətin tələbini yerinə yetirməkdən imtina edib.

Bu gün Moldovada parlament seçkiləri keçirilib. Seçki məntəqələri yerli vaxtla saat 21:00-a qədər açıq olacaq. İlkin nəticələr sentyabrın 29-na keçən gecə açıqlanacaq.

Избранный
22
publika.az

1Источники