RU

Nigeriyada torpaq sürüşməsi 18 nəfərin ölümünə səbəb olub

Nigeriyanın şimalındakı Zamfara ştatında yerləşən mədəndə baş verən torpaq sürüşməsi nəticəsində azı 18 nəfər həyatını itirib, bir neçə nəfər isə xəsarət alıb.

Trend-in yerli mediaya istinadla verdiyi xəbərə görə, hadisə cümə axşamı Maro bölgəsinin Kaduri kəndi yaxınlığında güclü yağışlardan sonra nəhəng qayanın mədən üzərinə aşması nəticəsində baş verib.

Xilasetmə işlərində iştirak edən mədənçilərdən biri Sani Lavali bildirib ki, indiyədək 18 nəfərin cəsədi çıxarılıb, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Onun sözlərinə görə, 12 fəhlə hələ də mədəndə qalıb və onların taleyi naməlumdur. Xilasetmə əməliyyatı davam edir.
Избранный
23
7
sherg.az

8Источники