RU

“Bu gün futbolçular oyuna yaxşı köklənmişdilər” Kurban Berdiyev

Idmanxeber.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Bu gün futbolçular oyuna yaxşı köklənmişdilər. Ciddi səhv etmədən oynadılar. Qələbəyə layiq idik”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 6-cı turunun “Kəpəz”lə(3:0) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

– İbrahima Vadjinin əsas heyətdə möhkəmlənməsinə nə mane olur?

– Xəstə idi. Məşq etməmişdi. Funksional formasından razıyıq. Təəssüf ki, məşqi buraxmışdı.

– Komandanız liderliyə yüksəldi. İndiki durumda futbolçularınızdan razısız?

– Digər komandalar kimi bizdə də müəyyən məsələlər var. Biz də digər komandalarla mübarizə aparacağıq. Vaxt var. Çalışmalarımıza davam edəcəyik.

– Bu gün Faiq Hacıyev sağ cinahda, Xorxe Silva oynadı, yaxşı da performans göstərdi. Faiqi qarşıdakı turlarda ehtiyat skamyada görə bilərik?

– Bizdə kim güclüdürsə, o da oynayacaq. Şükür Allaha hazırda komandamız yaxşıdır. Oyunçularımız kifayət qədər var. Kim yaxşı olacaqsa, o da meydana çıxacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
9
idmanxeber.az

10Источники