Sabir Rüstəmxanlı: “Bu muzey ermənilərin xalqımıza qarşı törətdiyi vəhşilikləri, üzləşdiyimiz soyqırımlarını əks etdirməlidir”
“Bakida və ya işğaldan azad edilən ərazilərin birində repressiya və soyqırımı muzeyinin yaradılmasına ehtiyac var”.
Moderator.az xəbər verir ki, bu təkliflə Xalq şairi Sabir Rüstəmxanlı çıxış edib. Xalq şairi bildirib ki, bu, erməni vəhşiliklərinin, xalqımızın başına gətirilən müsibətlərin unudulmaması baxımından vacibdir:
“Xalqımız illər, əsrlər uzunu ermənilər tərəfindən soyqırım və qətliyamlara məruz qalıb, böyük müsibətlərlə üzləşib. Bu muzey həmin faciə və müsibətlərin ümumiləşmiş simvolu ola bilər.
Vaxtiylə Bakıda bununla bağlı müəyyən müzakirələr olub. Hətta bu muzeyin harada inşa edilə biləcəyi ilə bağlı da təkliflər səsləndirilib. Hesab edirəm ki, həmin muzeyin yaradılması milli yaddaşımızın möhləmlənməsi baxımından faydalı olar”.
Seymur ƏLİYEV