Böyük Britaniya və Ukrayna tərəfindən istehsal edilən pilotsuz uçuş aparatları (PUA) "Dron divarı"nın tikilməsi layihəsində istifadə olunacaq.
Redaktor.az-ın məlumatına görə, bu barədə "Telegraph" qəzeti Böyük Britaniyanın müdafiə naziri Con Hiliyə istinadən yazıb.
"Britaniya istehsalı olan pilotsuz uçuş aparatları NATO-nu Rusiya hücumlarından qorumaq üçün "Dron divarı" yaradılmasında istifadə olunacaq. Ukrayna ilə birgə hazırlanan yeni ucuz pilotsuz uçuş aparatları yeni strategiyanın bir hissəsidir", - məlumatda deyilir.
Əvvəllər bildirilmişdi ki, müdafiə məsələləri üzrə Avropa Komissiyasının üzvü Andryus Kubilyus blokun şərq sərhədi boyunca "Dron divarı"nın yaradılmasını Aİ hərbi rəhbərliyi ilə müzakirə edəcək.