BAKI, 28 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp sentyabrın 30-da Virciniya ştatında müdafiə naziri Pit Heqsetlə yüzlərlə amerikalı general və admiral arasında keçiriləcək görüşə qatılacaq.
Teleqraf xəbər verir ki, bu barədə "Washington Post" (WP) məlumat yayıb.
Qeyd olunur ki, Trampın görüşdə iştirakı əlavə təhlükəsizlik tədbirləri tələb edəcək.
Tramp daha əvvəl bu görüşdə qeyri-adi heç nə görmədiyini bildirmişdi. Amerika lideri görüşün təfərrüatını açıqlamayıb.
Daha əvvəl bildirilib ki, Heqset izahat vermədən yüzlərlə amerikalı general və admiralı ABŞ Dəniz Piyadaları Korpusunun Virciniya ştatının Quantiko bazasında sentyabrın 30-da keçirilməsi planlaşdırılan görüşə çağırıb. Hətta generallar da görüşün səbəbini bilmirlər.