RU

İtaliya kişi voleybol komandası dünya çempionu olub

Bakı. Trend:

İtaliya milli yığması kişi komandaları arasında keçirilənvoleybol üzrə dünya çempionatının qalibi olub.

Trend xəbər verirki, Filippinin paytaxtı Manilada keçirilən final oyununda İtaliyaBolqarıstan komandası üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

İtaliya Prezidenti Sercio Mattarella milli komandanın üzvləriniqələbə münasibətilə təbrik edib və onlarla Romanın “Quirinale”Sarayında görüşməyi səbirsizliklə gözlədiyini bildirib. Baş nazirCiorcia Meloni isə yığmanı qalib İtaliyanın qüruru adlandırıb.

Bu, İtaliya kişi voleybol millisinin ardıcıl ikinci, ümumilikdəisə beşinci dünya çempionluğu olub (1990, 1994, 1998, 2022 və2025). Qeyd edək ki, İtaliya qadın voleybol komandası da sentyabrdadünya çempionu adını qazanıb.

Избранный
26
7
az.trend.az

9Источники