RU

Şəhidlərimizin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirildi - FOTO/VİDEO

Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Rəşad Quliyev, Xansu Qurbanov və Bəhmən Məmmədovun xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib.
 
Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Anım tədbirlərində Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, doğmaları və döyüş yoldaşları iştirak ediblər.
 
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Mərasimlərdə çıxış edənlər R.Quliyevin, X.Qurbanov və B.Məmmədovun şərəfli həyat və döyüş yollarından danışıblar.
 
Döyüş yoldaşları onlarla bağlı xatirələrini mərasim iştirakçıları ilə bölüşüblər.
 
Sonra tədbir iştirakçılarına şəhidlərimizə həsr edilmiş sənədli filmlər nümayiş etdirilib.
 
Sonda şəhidlərin ailə üzvləri və doğmaları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Избранный
11
17
moderator.az

10Источники