BAKI, 28 sentyabr. TELEQRAF
Qəzza zolağında nizamlanma üzrə danışıqlar artıq son mərhələdədir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Axios"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, məsləhətləşmələr Yaxın Şərqdə daha geniş nizamlanmanı təmin etməyə imkan verə bilər.
"Hamı razılığa gəlmək üçün buradadır, lakin biz hələ də ora çatmalıyıq", - Amerika lideri qeyd edib.
“Ərəb dünyası sülh, İsrail sülh, Bibi (İsrailin baş naziri Benyamin Netanyahu - red) sülh istəyir”, - Tramp əlavə edib.
O vurğulayıb ki, ərəb ölkələrinin bu məsələdə ABŞ ilə əməkdaşlıq etməsi çox gözəldir: “Əgər uğur qazansaq, bu, İsrail və bütün Yaxın Şərq üçün əla gün olacaq. Bu, Yaxın Şərqdə real sülhə nail olmaq üçün ilk fürsət olacaq. Amma ilk növbədə, biz buna nail olmalıyıq".