RU

Türkiyə kəşfiyyatı əməliyyat keçirdi: 8 İŞİD terrorçusu məhv edildi

Türkiyə Milli Kəşfiyyat İdarəsi Suriyada İŞİD terrorçularına qarşı əməliyyat keçirib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, daha əvvəl Türkiyə vətəndaşı Binali Aslanın avtomobilini kirayələyəndən sonra onu öldürən 14 nəfərlik qrupun Suriyanın İdlib bölgəsinə qaçdığı müəyyən olunub.

Suriya Daxili Təhlükəsizlik Xidməti ilə koordinasiyalı şəkildə həmin ünvana keçirilən əməliyyatda "təslim ol!" çağırışlarına atəşlə cavab verilməsi nəticəsində baş verən atışmada şübhəlilərdən 8-i ölü, 2-si yaralı, 4-ü isə sağ olaraq ələ keçirilib.

Избранный
11
6
publika.az

7Источники