RU

“Əliyev Azərbaycanı dünyanın ən yaxşıları səviyyəsinə qaldırır” Amerikalı politoloq

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Hazırda dünyanın böyük dövlətləri 1918-ci ildə, 1945-ci ildə İkinci Dünya müharibəsinin sonu və ya 1989-cu ildə Berlin divarının yıxılması zamanı olduğu kimi öz geosiyasi təsir zonalarını formalaşdırırlar. İndi biz dünya tarixinin 1918-ci ilini yaşayırıq və Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə qətiyyətin, bacarığın, uğurlu iqtisadi diplomatiyanın nə demək olduğunu dünyaya nümayiş etdirib. Bu gün Azərbaycan prezidenti 1918-ci ildə Azərbaycan dövləti qurucularının yaşadığı hisslərlə ümummilli lider Heydər Əliyevin strateji baxışını reallığa çevirərək, Azərbaycanı dünyanın ən yaxşıları səviyyəsinə qaldırır”.

Bu sözləri prezident İlham Əliyevin Nyu-York səfəri və BMT-də çıxışı barədə Globalinfo.az-a danışan amerikalı politoloq, Mərkəzi Asiya Məhsuldarlığı Araşdırma Mərkəzi (CAPRC) Müşahidə Şurasının üzvü Piter M. Teys deyib.

“Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 80 illiyi qeyd edilərkən Azərbaycan dünyaya göstərdi ki, diplomatiya ətalətli olub yalnız protokolla xarakterizə edilmir. Azərbaycan diplomatiyası Prezident İlham Əliyevin uzaqgörənliyi və dövlətçilik bacarığı sayəsində dünya miqyasında tanınan bu möhtəşəm xalqın Qafqazda coğrafi mövqeyi ilə formalaşıb. Azərbaycan Prezidentinin nümayəndə heyətinin müşayiəti ilə Nyu-Yorka rəsmi səfəri tarixi xarakter daşıyır və Azərbaycanı formalaşmaqda olan yeni geosiyasi nizamın diqqət mərkəzinə çevirmişdir.

Azərbaycan Prezidenti BMT-də çıxışında vurğuladı ki, təxminən otuz il ərzində Azərbaycanın suveren ərazisinin iyirmi faizi Ermənistanın hərbi işğalı altında qalmış, erməni faşizminin apardığı etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salınmışdır. Onların təməl hüquqları kobudcasına pozulub. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Təəssüf ki, bu qətnamələr heç vaxt həyata keçirilmədi. Ermənistan nümayişkaranə şəkildə onlara məhəl qoymadı, çünki beynəlxalq ictimaiyyət ona qarşı heç bir sanksiya tətbiq etməmişdir. Prezidentin bu sözləri dünyada böyük əks-səda doğurdu. Bu gün Bakı həqiqətən də Avrasiyanın ən inkişaf etmiş və ən qabaqcıl paytaxtıdır. Azərbaycan dünyanın əksər inkişaf etmiş demokratik dövlətləri tərəfindən böyük heyranlıq və həsədlə baxılan inkişaf etmiş dövlətdir”.

P. Teysin sözlərinə görə, Xəzər Siyasət Mərkəzi tərəfindən Xəzər Biznes Forumunun təşkili Azərbaycanın milli iqtisadiyyatı üçün müsbət nəticələr vermiş və Cənubi Qafqaza mühüm beynəlxalq sərmayələri cəlb etmiş və Bakıda səriştə qazanan Şimali Amerikanı xüsusilə enerji iqtisadiyyatı, yaşıl iqtisadiyyat və şəhərsalma sahəsində inkişaf edən qitəyə çevirmişdir:

“Azərbaycanda Orta Dəhliz çoxlu sayda ABŞ şirkətlərini gətirəcək və onlar Avrasiyada, Latın Amerikası və Karib hövzəsi üçün Panama kanalının əhəmiyyətindən bəlkə də daha üstün olan bu ticarət yolunun işləməsi və idarə olunmasına vəsait yatıracaqlar.

23 sentyabr 2025-ci il tarixində səfir Riçard E. Hoqlandın (Xəzər Siyasət Mərkəzinin İdarə heyətinin sədri) “Qiymətli Minerallar – Təchizat Zənciri Problemlərinin Həlli” mövzusunda panel müzakirədə iştirakı Tramp administrasiyasının Bakıya və Azərbaycan milli iqtisadiyyatına ciddi əhəmiyyət verdiyinin sübutudur. Prezident Tramp Bakı və Ankara ilə strateji tərəfdaşlığın və iqtisadi əməkdaşlığın gücləndirilməsinə böyük diqqət ayırır.

Təchizat zəncirinin davamlılığı ABŞ-ın ticarət siyasətinin əsas istiqamətlərindən biridir və Vaşinqtonun xarici siyasətində xüsusi yer tutur. Birləşmiş Ştatlar qiymətli minerallara və nadir torpaq elementlərinə – təmiz enerji, qabaqcıl istehsal və milli müdafiə üçün həyati əhəmiyyət kəsb edən əsas resurslara çıxışın davamlılığının təmin edilməsində artan təzyiqlə üzləşir. Renium, Sirkonium, Vanadium, Niobium, Hafnium ABŞ-ın milli müdafiə məqsədlərinə çatmaq üçün təchizatında maraqlı olduğu qiymətli metal növlərindəndir”.

Piter M. Teys

Amerikalı politoloq bildirib ki, Azərbaycanın yüksək inkişaf etmiş iqtisadiyyatı nadir metalların hasilatı ilə məşğul olan bəzi aparıcı ABŞ şirkətləri arasında böyük maraq oyadıb:

“USA Rare Earth, NioCorp Developments Ltd., Texas Mineral Resources Corporation-un fəaliyyəti ABŞ-ın sənaye gücünü və iqtisadi təhlükəsizliyini inkişaf etdirməyə yönəlib və Bakı ilə strateji tərəfdaşlıq bu strateji hədəfi daha da irəli aparacaq.

American Rare Earths (ARE) şirkəti Arizona və Vayominq ştatlarında genişmiqyaslı kəşfiyyat layihələri ilə ABŞ-da iştirakını sürətlə genişləndirir. Onun Vayominqdə “Halleck Creek” qabaqcıl layihəsi, Şimali Amerikadakı ən böyük işlənməmiş nadir torpaq elementləri yataqlarından biridir. Bundan əlavə, ARE Azərbaycanda mədən əməliyyatları üçün daim yeni imkanları araşdırır.

Birləşmiş Ştatlar diqqətini demək olar ki, Cənubi Qafqaz, Mərkəzi Asiya kimi zəngin enerji ehtiyatlarına və qiymətli minerallara malik olan, eləcə də iqtisadi cəhətdən faydalı olan və əlverişli nəqliyyat və logistik quru yolları təklif edən regionlara yönəldir.

“Xəzər Siyasət Mərkəzi”nin direktoru Əfqan Nifti də ABŞ-ın biznes ictimaiyyəti qarşısında Azərbaycan və Türkiyə iqtisadiyyatlarını effektiv şəkildə təbliğ etdiyi üçün iqtisadi diplomatiyanın nadir bacarıqlarını nümayiş etdirmişdir”.

P. Teys deyib ki, Ağ Evdə Ermənistan və Azərbaycan arasında çərçivə sülh sazişinin (Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu – TRIPP) imzalandığı tarixi an Orta Dəhlizin genişləndirilməsi üçün mühüm yeni imkanlar yaradır:

“Transxəzər regionu dövlətləri indi Asiyanı Avropa ilə birləşdirən bu genişlənən qovşaq vasitəsilə işgüzar əlaqələrini daha da dərinləşdirməyə çalışırlar. Yaxın gələcəkdə Orta Dəhliz Cənub-Şərqi Asiya regionundakı bəzi dəniz marşrutlarından daha dəyərli olacaq.

Oktyabrın 3-də Mərkəzi Asiya Məhsuldarlığı Araşdırma Mərkəzi (CAPRC) Şimali İllinois Universitetində 17-ci illik Çikaqo İpək Yolu Konfransına ev sahibliyi edəcək. Azərbaycan Respublikası və Orta Dəhlizin təşviqi konfrans proqramının diqqət mərkəzində olacaq. Biz bu beynəlxalq konfrans zamanı Azərbaycanın milli iqtisadiyyatını müzakirə və təşviq edəcəyik və Azərbaycanın iqtisadi potensialını daha yaxşı başa düşmək üçün ABŞ şirkətlərinə dəstək verəcəyik”.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
globalinfo.az

1Источники