RU

Ana nəvazişi ilə... Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bu gün Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər.

Mərasim çərçivəsində prezidentlə xanımı Gəncə terrorunda şəhid olan mülki vətəndaşlarımızın ailə üzvləri ilə görüşüblər, onlarla birlikdə mərasimi izləyiblər. 

Sözügedən görüşdə Mehriban Əliyevanın şəhid övladlarına ana nəvazişi göstərdiyi anlar diqqət çəkib. 

Onun ana qayğısı ilə saçlarını öpərək çiyninə şal saldığı balaca qız Xədicədir. O, 17 oktyabr 2020-ci ildə raket hücumları zamanı atası Röyal Şahnazarovu, anası Züleyxa Şahnazarovanı və kiçik bacısı Mədinə Şahnazarovanı itirib.

Həmin fotoları təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
6
qafqazinfo.az

8Источники