RU

QHT hər həftə vətəndaşlar üçün “Açıq Qapı Günü” keçirəcək

“Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyi hər həftənin 3-cü günü vətəndaşları sosial, hüquqi, səhiyyə və məşğulluq məsələləri ilə bağlı təşkil olunan Açıq Qapı Gününə dəvət edir.

QHT.az xəbər verir ki, müraciətlər yalnız qeydiyyat əsasında qəbul olunur. Qeydiyyatdan keçmiş şəxslərin müraciətləri araşdırılaraq müvafiq dövlət qurumlarına yönləndiriləcək.

Əlavə məlumat və qeydiyyat üçün əlaqə nömrəsi: +994 55 789 42 42.

Избранный
74
qht.az

1Источники