RU

Frank De Blekere "Sabah" - "Sumqayıt" oyunundakı mübahisəli hakim qərarlarını şərh etdi

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının 6-cı turunun “Sabah” və “Sumqayıt” komandaları arasında baş tutan oyununda qeydə alınan mübahisəli epizodları şərh edib.

“İki sahil” xəbər verir ki, belçikalı funksioner FİFA referisi Əliyar Ağayevin idarə etdiyi matçdakı hakim qərarlarını belə dəyərləndirib: 

"Oyunun 78-ci dəqiqəsinə təsadüf edən hücum zamanı “Sabah”ın hücumçusu Coy Lens Mikels qol vurur. VAR epizodu yoxlayır və hücumun başlanğıcında “Sabah”ın oyunçusu Rəhman Daşdəmirovun topa oynadıqdan sonra ehtiyatsız şəkildə “Sumqayıt”ın oyunçusu Nihad Əhmədzadənin ayağına zərbə endirdiyini görür. VAR baş hakimi epizoda baxmağa dəvət edir. Videogörüntülərə baxdıqdan sonra hakim hər iki kapitana vəziyyəti izah edir və qolu ləğv edir, “Sumqayıt”ın lehinə cərimə zərbəsi təyin edir və ehtiyatsız oyuna görə “Sabah”ın oyunçusu Daşdəmirova sarı vərəqə göstərir. Bu, hakimin düzgün qərarı və VAR-ın düzgün müdaxiləsidir.
90+2-ci dəqiqədə “Sabah” hücumu zamanı Mikels cərimə meydançasında topu qəbul edir və qol vurur. VAR epizodu yoxlayır və görür ki, “Sabah”ın hücumçusu qol vurmazdan əvvəl topa əli ilə toxunub. Qaydalar bunu deyir: oyunçu qol vurmazdan əvvəl əllə oyuna yol verirsə, qol ləğv olunmalıdır. Bu, hər zaman belədir – istər qəsdən, istərsə də təsadüfi olsun. VAR hakimi məlumatlandırır və hakim qolu ləğv edir. Bu epizodda da hakim doğru qərar verir və VAR düzgün müdaxilə edir".

Qeyd edək ki, "Sabah" - "Sumqayıt" oyunu 1:1 hesablı heç-heçə nəticələnib. 

Избранный
23
3
ikisahil.az

4Источники