RU

Turun iki qazananı “Kəpəz” xalı unudub

futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Premyer Liqada VI tur başa çatıb.

Futbolpress.az-ın məlumatına görə, turun 4 oyunu heç-heçə başa çatıb. “Qarabağ” və “Turan Tovuz” turu qalibiyyətlə başa vuran iki komandadır. “Kəpəz” və “Qəbələ” xalsız qalıb, digər 8 komanda isə bir xalla kifayətlənib.

“Kəpəz”ə 3:0 hesabıyla qalib gələn “Turan Tovuz” xallarını 12-yə çatdırıb və “Zirə” ilə liderliyi bölüşür. Son çempion “Qarabağ” aktivinə daha üç xal yazdırmaqla beşinci pilləyə qalxıb.

“Zirə” hələlik məğlub olmayan yeganə komandadır. “Qartallar” 6 oyunun 3-də qələbə qazanıb, 3-də heç-heçə edib. “Turan Tovuz”un heç-heçəsi yoxdur – 4 qələbə, 2 məğlubiyyət.

6 turdan sonra qələbəsiz yeganə kollektiv isə “Kəpəz”dir. Baş məşqçi postu boş qalan gəncəlilər 6 oyunu da uduzub. Komanda bu görüşlərdə 2 qol vurub, 19-nu buraxıb.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
futbolpress.az

1Источники