ABŞ-ın Miçiqan ştatının Qrand Blank şəhərində atışma nəticəsində ölənlərin sayı 4-ə çatıb.
AZƏRTAC xəbər verir ki, 8 nəfərin xəsarət aldığı hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən zərərsizləşdirilib. Polisin məlumatına görə, 40 yaşlı Tomas Ceykob Sanford avtomobilini kilsəyə çırpdıqdan sonra içəri girərək ibadət edənlərə atəş açmağa başlayıb. Daha sonra o, kilsəni yandırıb.