RU

III MDB Oyunlarında bu gün daha dörd idman növü üzrə yarışlara start veriləcək

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün səkkiz idman növü üzrə yarışlar keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, Qəbələ İdman Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların final mərhələsi keçiriləcək. Oyunlar saat 10:00-da başlayacaq.

Qəbələ atıcılıq klubunda stend atıcılığı, Gəncə İdman Sarayında üzgüçülük üzrə yarışlar təşkil olunacaq. Qəbələ Şəhər Stadionunda isə iki futbol matçı oynanılacaq. Belarus Özbəkistan, Qırğızıstan Tacikistanla üz-üzə gələcək.

Bu gün, həmçinin 4 növ üzrə yarışlara start veriləcək. Göygöl Olimpiya İdman Kompleksində sambo, Yevlax Olimpiya İdman Kompleksində boks, Mingəçevir Kür Olimpiya Olimpiya Mərkəzində taekvondo yarışları baş tutacaq. Gəncə İdman Sarayında isə voleybol matçları gerçəkləşəcək. Azərbaycanın qadınlardan ibarət millisi Tacikistanla qarşılaşacaq. Matç saat 18:30-da başlayacaq.

13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Избранный
5
19
xezerxeber.az

10Источники