RU

Bakı ikinci dəfə qlobal iqlim diplomatiyasının mərkəzində - FOTOLAR

Bu gün Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) başlayır.

Musavat.com-un əməkdaşı xəbər verir ki, sentyabrın 29-dan oktyabrın 3-nə kimi paytaxt Bakı sayca ikinci dəfə İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək.

Dünyanın müxtəlif yerlərində təşkil olunan iqlim fəaliyyəti həftələri beynəlxalq iqlim diplomatiyasına töhfə vermək məqsədi daşıyır. Eyni zamanda İqlim fəaliyyəti həftələri həm Asiya, Latın Amerikası və Afrika ölkələrində, həm də Yaxın Şərq və Şimali Afrika (MENA) regionlarında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Regional İqlim Həftələrini tamamlayır və UNFCCC-nin Tərəflər Konfransı (COP) ərəfəsində ambisiyaların artırılması, eləcə də iqlim fəaliyyətinin sürətləndirilməsi istiqamətində aparılan rəsmi diplomatik səylərə töhfə verir.

Nigar HƏSƏNLİ,
Musavat.com

Избранный
21
10
musavat.com

10Источники