RU

Taliban ABŞ vətəndaşını əsirlikdən azad edib

ain.az, Missiya.az portalına istinadən məlumat yayır.

ABŞ dövlət katibi Marko Rubio Talibanın 2024-cü ilin dekabrından Əfqanıstanda saxlanılan Amerika vətəndaşı Əmir Əmiri azad etdiyini bildirib.

Missiya.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

"Bu gün biz Əfqanıstanda haqsız yerə həbs edilmiş amerikalı Əmir Əmiri vətənində salamlayırıq. Onun azadlığa buraxılmasına kömək etdiyi üçün Qətərə təşəkkür etmək istəyirəm. Prezident Tramp açıq şəkildə bildirdi ki, xaricdə haqsız yerə həbs edilən hər bir amerikalı vətənə qayıtmayana qədər biz dayanmayacağıq",- Rubio qeyd edib.

İlahə Qənbərli

Missiya.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
1
missiya.az

4Источники