RU

Kanadada hava limanları fəaliyyətini dayandırdı

Kanada Sərhəd Xidmətləri Agentliyinin (CBSA) özünəxidmət qeydiyyat terminallarında yaranan nasazlıq ölkə daxilində hava limanlarının işinin dayanmasına səbəb olub.

Avtosfer.az-ın xəbərinə görə, bu barədə CTV məlumat verib.

"CBSA-nın özünəxidmət qeydiyyat terminallarında yaranan nasazlıq səbəbindən yüzlərlə, hətta minlərlə sərnişin təyyarələrdə qalıb və ya bütün ölkə üzrə çoxsaylı hava limanlarında uzun müddət gözləməyə məcbur olub", - deyə kanal bildirib.

Eyni zamanda, ölkənin sərhəd xidməti nasazlıq barədə məlumatlandırıldıqlarını və problemin aradan qaldırılması üzərində iş getdiyini bildirib.

Избранный
20
8
avtosfer.az

9Источники