RU

COP29-un nəticələri əsasında Bakı xəritəsi hazırlanır

COP29-un nəticələri əsasında maliyyə mənbələrindən gələn vəsaitləri bölüşdürmək üçün Bakı xəritəsi hazırlanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın COP29-a sədrliyi davam edir:

"COP29-da bütün sahələr üzrə tərəflər bir yerə gəldi. Ölkələrin öhdəlikləri yerinə yetirməsi üçün çalışırıq. COP29 nəticəsi göstərdi ki, Azərbaycan qlobal sahədə də önəmli rol oynayır. COP29-da bir həmrəylik qazandıq. Sülh və əmin-amanlıq üçün bütün tərəfdaşlıqlar şansımızı artırır".

Избранный
20
6
operativmm.az

7Источники