RU

Muxtar Babayev: COP29 Prezidentliyi aktiv fəaliyyətini davam etdirir

Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) COP29-dan qalan irsin vacib hissəsidir. Keçən il bu vaxt Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşırdı və bütün dünyanın diqqəti üzərimizdə idi. Çoxtərəfli tərəfdaşlıqların qurulması baxımından COP29 mühüm əhəmiyyət daşıdı və biz strateji hədəflərimizə nail ola bildik. SİA xəbər verir ki, bunu Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti, Muxtar Babayev BCAW2025-in açılış mərasimində deyib.

O bildirib ki, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət nəticəsində COP29 çərçivəsində 70 minə yaxın qonaq qəbul olunub. Yeni beynəlxalq dostluq və tərəfdaşlıqlar formalaşdırılıb. Konfransın sonunda bir daha sübut edilib ki, Azərbaycana böyük beynəlxalq tədbirlərin keçirilməsi etibar oluna bilər. “Karbon bazarları ilə bağlı danışıqları uğurla yekunlaşdırdıq. Çoxtərəfli banklar 170 milyard dollarlıq sərmayə paketi ilə çıxış etdilər. Ümumilikdə 10 trilyon dollara yaxın sərmayənin bizim təşəbbüsə qoşulacağı bəyan edildi. Donor hökumətlər isə 350 milyon dollarlıq öhdəlik götürdülər. Hazırda biz bu maliyyə mənbələrini genişləndirmək üçün yol xəritəsi üzərində işləyirik. Həmçinin konfrans çərçivəsində bütün tematik sahələrə toxunuldu, bir çox keyfiyyət göstəricilərinə təsir etmək mümkün oldu. Biz ölkələri investisiya qoymağa təşviq etdik. COP29 Prezidentliyi bu gün də aktiv fəaliyyətini davam etdirir və biz mövcud tərəfdaşlıqları daha da möhkəmləndiririk”,- deyə M.Babayev vurğulayıb.

O əlavə edib ki, hazırda 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunu ölkəmizdə keçirmək üçün müvafiq işlər həyata keçirilir. Bu uğurlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasətin bariz nəticəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
52
3
sia.az

4Источники