RU

NATO Rusiya təyyarələrini vurmağa hazırlaşır

NATO

Baltik dənizi regionunda hava hücumundan müdafiə freqatı, bir neçə dəqiqləşdirilməmiş kəşfiyyat və müşahidə sistemləri yerləşdirilməklə nəzarət imkanları artırılır.

Reyting.az
xəbər verir ki, ərazi baxımından Rusiyaya çox yaxın olan bəzi NATO dövlətləri alyansı daha qətiyyətli addımlar atmağa çağırır.

Xatırladaq ki, son həftələr dronlar Polşa, Rumıniya və Estoniyanın hava məkanını dəfələrlə pozub. Danimarka, Norveç, İsveç və Litva da daxil olmaqla, digər ölkələrin hava limanları və hərbi bazaları yaxınlığında da şübhəli pilotsuz uçuş aparatlarının fəaliyyəti qeydə alınıb.

Latviya prezidenti Edqars Rinkeviçs bəyan edib ki, NATO-nun Baltikyanı ölkələrdə döyüş təyyarələrinin rotasiya qaydasında yerli hava bazalarına yerləşdirilməsinə əsaslanan “hava polisi” missiyasını tam hüquqlu “havadan müdafiə” missiyasına çevirməyin vaxtı çatıb.

Belə bir keçid təkcə regionda NATO-nun əlavə hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi demək deyil, həm də daha sərt döyüş qaydalarının tətbiqidir. Hazırda patrul eskadrilyalarının əsas missiyası açıq hərbi təhlükə yaratmadığı təqdirdə Rusiya hərbi təyyarələrini alyansın hava məkanından kənarda müşayiət etməkdir. NATO Hərbi Komitəsinin İtaliya üzrə sədri, admiral Cüzeppe Kavo Draqone bəyan edib ki, bu, alyans üçün “seçimdir”, lakin belə bir qərar qəbul etmək hələ tezdir.

Bununla belə, NATO-nun bəzi ölkələri son günlər alyansın Kremlə qarşı ritorikasını gücləndirsələr də, Rusiyanın təxribatlarına həddindən artıq reaksiya vermək riskindən ciddi şəkildə narahatdırlar.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp müttəfiqlərini sərhəddi pozan təyyarələri vurmağa çağırıb və NATO-nun baş katibi Mark Rutte də bu yanaşma ilə razılaşıb.

Bundan başqa, Böyük Britaniya, Fransa və Almaniya diplomatları Moskvada Rusiya rəsmiləri ilə görüşüb və bu bəyanatların boş təhdid olmadığını bildiriblər.

E. KAMAL
Избранный
18
reyting.az

1Источники