RU

DİN: Ölkə ərazisində cinayətlər açılıb, 68 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, sentyabrın 27-28-də ölkə ərazisində 54, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Doğru.az xəbər verir ki, axtarışda olan ümumilikdə 68 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə bağlı 24, qanunsuz silah-sursatın aşkarlanması ilə bağlı 8 fakt qeydə alınıb.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

DOĞRU.AZ

Избранный
22
41
dogru.az

10Источники