RU

Üçqat dünya çempionu qəfil öldü - FOTO

Rusiyanın əməkdar idman ustası, boksçu İrina Sinetskaya 48 yaşında həyatla vidalaşıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Boks federasiyası məlumat verilib. Onun ölüm səbəbi hələ məlum deyil. 

Qeyd edək ki, Sinetskaya üçqat dünya çempionudur (2001, 2002 - 67 kq-dək, 2006 - 80 kq-dək). Həmçinin dünya çempionatlarında gümüş (2005 - 66 kq-dək) və bürünc (2012 - 81 kq-dan yuxarı) medallar qazanıb. Beşqat Avropa çempionu olub (2001, 2003-2005 - 66 kq-dək, 2009 - 75 kq-dək). 1999-2005-ci illərdə Rusiya çempionu olub (66 kq-dək), həmçinin 2009-cu ildə (75 kq-dək), 2011, 2012 və 2014-cü illərdə (81 kq-dan yuxarı) milli çempionatın qızıl medallarını qazanıb. 2001-2012-ci illərdə Rusiya milli komandasının üzvü olub. 2014-cü ildə idman karyerasını başa vurub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
7
4
milli.az

5Источники