RU

DİDDƏT! Bu rayonda 3000-dən çox abonentin qazı kəsiləcək

Bu gün İmişlinin bəzi küçələrində və rayonun bir sıra kəndlərində qaz təchizatı dayandırılacaq.

Far.Az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, fasilə diametri 315 mm-lik PE "Muradxanlı" ortatəzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədi ilə olacaq.

Bununla əlaqədar sentyabrın 29-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli şəhərinin Neftçilər, A.Şadlinski, Kür, E.Qurbanov, G.Şıxlinski, Telestudiya küçələrində, eyni zamanda, rayonun Rəsullu, Məhəmmədli, Yalavac, Cəfərli, Oruclu, Ağaməmmədli, Əliqulular, Muradxanlı kəndlərində (ümumi 3 364 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Избранный
32
18
far.az

10Источники