RU

Netanyahu HƏMAS liderlərini ölkədən buraxa bilər: BU ŞƏRTLƏ

İsrailin Baş naziri Benyamin Netanyahu Amerikanın “Fox News” kanalına verdiyi xüsusi müsahibədə ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı 21 maddəlik təklifini dəyərləndirib. 

"Cebheinfo.az" xəbər verir ki, planın hələ inkişaf mərhələsində olduğunu bildirən Netanyahu deyib: 

“Əsas hədəfimiz girovların azad edilməsi və HƏMAS-ın məhvidir”.

Netanyahu əlavə edib: 

“Ümid edirəm ki, bu plan uğurlu olar. Çünki girovlarımızın azad olunmasını, HƏMAS-ın silahsızlaşdırılmasını və Qəzzanın hərbsizləşdirilməsini istəyirik. Həm israillilər, həm də qəzzalılar üçün yeni bir gələcək qurmağın vaxtı çatıb”.

Müsahibədə gündəmə gələn HƏMAS liderlərinə amnistiya təklif olunub-olunmayacağı və onların Qəzzadan çıxarılması, qalan bəzilərinə amnistiya verilməsi məsələləri ilə bağlı Netanyahu keçmişdə verdiyi açıqlamaları xatırladıb: 

“Əgər HƏMAS döyüşməkdən imtina edərsə və bütün girovları azad edərsə, liderlərinin ölkədən çıxmasına icazə verə bilərik”. 

Bu cür detalların danışıqlar mövzusu olduğunu bildirən Netanyahu deyib: 

“Hazırda bu planın detalları haqqında danışmaq üçün tezdir”. Netanyahu Qəzzada müvəqqəti olaraq Fələstin rəhbərliyinin rol almasını nəzərdə tutan təkliflərə də daha əvvəl BMT Baş Assambleyasında etdiyi çıxışda açıq şəkildə qarşı çıxdığını bildirib: “Bu, 11 sentyabrdan sonra “Əl-Qaidə”yə Nyu-York yaxınlığında bir dövlət vermək kimi olar”.

Fələstin rəhbərliyinin ciddi islahat keçirməsi halında belə Qəzzada rol ala biləcəyinə dair şübhələrini dilə gətirən Netanyahu deyib: 

“Bəzi insanlar islahat olacağına inanır. Mən isə buna o qədər də inanmıram”.

Избранный
7
1
cebheinfo.az

2Источники