RU

Ağstafada meşəlik ərazi məhv edilir – Foto

Ağstafa rayonunda yaşıllıqlar, meşə və çoxillik ağaclar kütləvi şəkildə məhv edilir.

Tribunainfo.az-a bu barədə məlumat verən rayon sakinləri bildirib ki, rayonun Korxələfli kəndində böyük meşəlik ərazi qanunsuz formada məhv edilmək üzrədir. Yaşıllıqların məhv edilməsində Ağstafa rayon İcra Hakimiyyətinin adı hallanır.

Sakinlərin sözlərinə görə, yaşıllıqlar İH başçısı Seymur Orucovun müavinlərinin birinin tapşırığı ilə həyata keçirilir. Qanunsuz aparılan iş nəticəsində onlarla ağac, həmçinin böyük yaşıllıq ərazi məhv edilib.

Əldə etdiyimiz məlumata görə, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi külli miqdarda cərimə yazaraq hüquq mühafizə orqanlarına göndərlib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Gülşən Rəsul

Избранный
16
2
tribunainfo.az

3Источники