RU

“Mənim sanatoriyadakı yerimi başqasına satıblar” - Tahirə Məğrur

Şairə Tahirə Məğrur sosial şəbəkədə Bilgə sanatoriyasında qarşılaşdığı problem barədə paylaşım edib.

News365.az xəbər verir ki, onun sözlərinə görə, əvvəlcədən sentyabrın 15-i üçün bron edilən istirahət yeri son anda ləğv olunub:

"Mənə sentyabrın 15-i üçün yer ayrıldığını demişdilər. Amma sentyabrın 9-da Azad Həmkarlar Təşkilatından zəng edib bildirdilər ki, yerim bron olunmayıb. Halbuki, iyun ayında pulu – 191 manat ödəmişdim. Necə ola bilər ki, pul köçürüldüyü halda bron qeydə alınmayıb?" – deyə şairə bildirib.

Tahirə Məğrur qeyd edib ki, bu səbəbdən onu sentyabrın 27-nə yönləndiriblər:

"Mən istirahətə günəşli havada gəlməli idim. İndi yağışlı, buludlu havada məcbur istirahətə gəlmişəm. Əgər belə olacaqdısa, elə evimdə oturardım. Mənim yerimi kimə, hansı varlıların sevgilisinə satdınız?" – deyə o, sual edib.

Şairə həmçinin sanatoriyanın ərazisində çəkilən hasarlardan narazılığını ifadə edib və dənizə insanların sərbəst girişinin məhdudlaşdırıldığını bildirib.

Избранный
9
news365.az

1Источники