Paytaxtın Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, qəza ötən gün rayonun Buzovna qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Aydın Nəcəfovun idarə etdiyi “BMW” markalı avtomobili daş hasara çırpılıb.
Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən A.Nəcəfov gecə saatlarında vəfat edib.
Faktla bağlı araşdırma aparılır.