RU

69 il sonra yenidən: Avropanı heyrətləndirən xəbər yayıldı

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Avropada qeyri-sabitlik və təhlükə riskinin artması fonunda İsveçdə ölkənin öz nüvə silahını hazırlaması ilə bağlı müzakirələr başlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times”in məqaləsində qeyd olunur.

Nəşr yazır ki, hələ 1956-1957-ci illərdə İsveç hökuməti nüvə silahı hazırlamaq üçün Laplandiyada gizli şəkildə sınaqlar keçirir, bombalar partladırdı.

Hələlik hökumətin indiki vəziyyətdə nüvə başlıqlarının hazırlanması üçün hər hansı ciddi tədbir gördüyünə dair sübut yoxdur, lakin müzakirələr aparılır, təkliflər səsləndirilir. Xüsusilə siyasətçilər arasında mövzunun aktiv şəkildə gündəmdə saxlanıldığı bildirilir.

Beləliklə ölkənin yaxınlaşan təhlükələrə qarşı müdafiə üçün NATO-dan ayrı şəkildə tədbir görməsinə ehtiyac olduğu vurğulanır.

Əliyar Xəlil

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
globalinfo.az

1Источники