RU

ABŞ-ın bu ştatı Trampı məhkəməyə verdi

ABŞ-ın Oreqon ştatı Prezident Donald Trampı daxili terrorizmlə mübarizə məqsədilə Portlend şəhərinə Milli Qvardiya bölmələrinin yerləşdirilməsi əmrinə görə məhkəməyə verib.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Məlumata görə, ştat prokuroru Den Reyfild Milli Qvardiyanın qanunsuz federallaşdırılmasını əsas gətirərək sentyabrın 28-də Oreqon məhkəməsində iddia qaldırıb.

Qeyd edək ki, sentyabrın 27-də Tramp daxili terrorizmlə mübarizə üçün Oreqon ştatının ən böyük şəhərinə qoşun yeritməyi əmr edib.

Избранный
9
1
axar.az

2Источники