Rumıniyanın xarici işlər naziri Toiu Oana Nyu-Yorkda erməni həmkarı Ararat Mirzoyan ilə görüşüb.
Missiya.Az xəbər verir ki, o bu barədə özünün “X” sosial media hesabında paylaşım edib.
“Mən Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşdüm”, - deyə siyasətçi vurğulayıb.
Toiu qeyd edib ki, biz regional sülhü, dialoqu, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin hərtərəfli normallaşdırılmasını qətiyyətlə dəstəkləyirik.
Daşqın HəsənovMissiya.Az