RU

SON DƏQİQƏ! Dəmir yollarında da gedişhaqqı ARTIRILACAQ?

“Ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gedişhaqqı tariflərində dəyişiklik edilməyib, artım yoxdur”.

KONKRET.az xəbər verir ki, bu barədə Bizim.Media-ya “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev məlumat verib.

O, qatarlarda gedişhaqqının artırılmasının nəzərdə tutulmadığnı bildirib.

“Qiymətlər əvvəlki qaydadadır”, – deyə qurum rəsmisi qeyd edib.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib. Yeni tariflərə görə, oktyabrın 1-dən metroda və şəhəriçi avtobuslarda gedişhaqqı 60 qəpik olacaq. Həmçinin, şəhərətrafı avtobuslarda da gedişhaqqı 10 qəpik artırılıb.

Избранный
13
2
konkret.az

3Источники