Azərbaycan üzgüçüləri III MDB Oyunlarında daha 2 medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, qızların 200 metr məsafəyə “butterfly” (kəpənək) üsulu ilə üzmə yarışında Mehri Əbdürrəhmanlı və Anstasiya Qnussina fəxri kürsüyə qalxıblar. Onlar müvafiq olaraq, 2 və 3-cü yerləri tutublar.
Bu gün, həmçinin Oktay Hüseynov 200 metr məsafəyə “butterfly” (kəpənək) üsulu ilə üzmə yarışında gümüş medala sahib çıxıb.
Qeyd edək ki, üzgüçülük yarışları Gəncə İdman Sarayında keçirilir.